III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixlərində Bakıda
keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim
edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya
sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.