ANİMAFİLM festivalı 2022-ci ildə Sizə ən işıqlı və sevincli günlər, sağlam və uğurlu həyat arzulayır!
Bütün ötən günlər ərzində bizimlə olduğunuz üçün və bizim tədbirləri dəstəklədiyiniz üçün Sizə təşəkkür edirik.
Sizinlə festivalımız və bütövlükdə Azərbaycan animasiyası üçün əlamətdar olan 2021-ci ilin nəticələrini bölüşmək istərdik.
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri 23-25 noyabr 2021-ci il tarixləri arasında
Şəki "ASAN xidmət" mərkəzində keçirildi. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli
və xarici animasiya filmləri təqdim edilib.
13 noyabr 2021-ci il tarixində Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında “Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub.
Azərbaycanlı iştirakçılar Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vorkşopun qalibi olmuşdur və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb.
8-12 noyabr 2021-ci il tarixlərində Tbilisidə keçirilən 5 günlük vörkşopda 9 gürcü və 1 azərbaycanlı animasiya layihəsi iştirak edib.
ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi
və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi,
Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film
Project Development/Pitching” vörkşopuna qoşulur.
Bakıda 3-7 sentyabr 2021-ci il tarixində canlı formatda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “Əlillik” idi.
Pandemiyadan öncə getdiyiniz festivallar, kinoteatrda baxdığınız filmlər üçün darıxmısınız? Elə isə sizə şad xəbərimiz var!
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək! Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.
Festivalımız sentyabrın 3-dən 7-dək CANLI keçiriləcək! Tarixləri qeyd etməyi unutmayın, çünki sizin üçün super festival hazırlayırıq! Proqramı tezliklə paylasacağıq.
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 03-07 sentyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu“ƏLİLLİK”olacaq.
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş işlərin siyahısını elan edib.
Bütün seçilmiş film və ssenarilər beynəlxalq münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq.
2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir.
Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.
Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olundu. Məşhur festivalın 45-ci buraxılışı 14-19 iyun, 2021-ci il tarixlərində keçirilib.
Animasiya kinosunun “Oskar”ı sayılan Annecy festivalında Azərbaycanı ANİMAFİLM-in direktoru Rəşid Ağamalıyev, 3-cü ANİMAFİLM festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil etdi.
Sehrli animasiya dünyasından xəbərdar olmaq üçün abunə olun!
Sehrli animasiya dünyasından xəbərdar olmaq üçün abunə olun!