Facebook Instagram VK YouTube YouTube

31.12.2020

ANİMAFİLM festivalı 2021-ci ildə sizlərə ən işıqlı və sevincli günlər, sağlam və uğurlu həyat arzulayır! Bütün ötən günlər ərzində bizimlə olduğunuz üçün və bizim tədbirləri dəstəklədiyiniz üçün sizə təşəkkür edirik. Sizinlə festivalımız və bütövlükdə Azərbaycan animasiyası üçün əlamətdar olan 2020-ci ilin nəticələrini bölüşmək istərdik.

20.10.2020

Bakıda 14-18 oktyabr 2020-ci il tarixində onlayn və canlı formatda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Builki ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir. Bu il əyləncə xarakteri daşıyan müsabiqə proqramı nümayiş etdirilməyib, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qaldı.

10.10.2020

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixində onlayn və canlı formatda Bakı şəhərində keçiriləcək. Builki ANİMAFİLM Festivalının əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir. Bu il əyləncə xarakteri daşıyan müsabiqədə proqramı nümayiş etdirilməyəcək, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır.

04.10.2020

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qürurla bildirir ki, 14-18 oktyabr 2020-ci il tarixləri arasında Bakıda keçiriləcək III ANİMAFİLM Festivalı Azərbaycanın uşaqlarına və gənclərinə həsr ediləcəkdir. Artıq üçüncü dəfədir ki keçiriləcək ANİMAFİLM Festivalının əsas məqsədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi və qanuni əraziləri uğrunda mübarizə apardığı dövrdə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir.

31.07.2020

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib. SEÇİM KOMİSSİYASI: Animasiya filmləri üzrə seçim komissiyası: Nəzrin Ağamalıyeva (Azərbaycan), Aydan Həsənova (Azərbaycan), Liz Manresa (Fransa), Sophie Vimont (Fransa), Nicolina Sterbet (Moldova/İtaliya), Demetrios Poursanidis (Yunanistan). Ssenarilər üzrə seçim komissiyası: Sevinc Əzimova (Elsevər) (Azərbaycan), Cahangir Səlimxanov (Azərbaycan).

17.06.2020

ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə yeni mükafat təsis edib. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaqdır. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək.

30.05.2020

3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Fransa, Çexiya, Belçika, İngiltərə, Gürcüstan, Rusiya, İran və Azərbaycandan olan peşəkarlardan və uşaqlardan ibarət münsiflər heyətinin tərkibini elan edib. İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti animasiya filmlərini və ssenariləri dəyərləndirəcək. Animasiya filmləri üzrə münsiflər heyətinin üzvləri: Olivier Catherin (Fransa), Nancy Denney-Phelps (Belçika), Daria Kashcheeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan), Şamil Nəcəfzadə (Azərbaycan) Ssenarilər üzrə beynəlxalq münsiflər heyəti üzvləri: Aaron Wood (İngiltərə), Mohammad Zare (İran), Rana Vaezi (İran), Alena Polikowska (Rusiya) Oleq Səfərəliyev (Azərbaycan) Beynəlxalq münsiflər heyətinə dünyanın tanınmış animasiya tənqidçisi Nancy Denney-Phelps başçılıq edəcək.