Facebook Instagram YouTube

5-ci ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli oldu

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər 5-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq.

Filmlər üzrə seçim komissiyasına aşağıdakılar daxildir: Demetrios Poursanidis (Yunanistan), Carlos Douglas (ABŞ), Liz Manresa (Fransa), Hasan Patası (Belçika), Firəngiz Bağırova (Azərbaycan), Nəzrin Ağamalıyeva (Azərbaycan), Shira Roth (ABŞ), Nitya Ramlogan (ABŞ), Katerina Ku (Çexiya Respublikası), Lewis Barr (İngiltərə), Sonia Sarlak (İran).

Festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.

Həmçinin, “Ən yaxşı tammetrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyaları üzrə iki müsabiqə daxil olmuş filmlərin az olması səbəbindən baş tutmayacaq.

Xatırladaq ki, 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr, 2022-ci il tarixində Bakıda keçiriləcək. Festival “İQLİM DƏYİŞİKLİYİ” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Bilet satışı ilə bağlı məlumat tezliklə elan olunacaq.

# Əsərin adı Əsərin adı Azərbaycan dilində Müəllif Ölkə
Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX
1 Night Gecə Ahmad Saleh Fələstin
2 Bear Hug Ayı qucaqlaması Margrethe Danielsen Fransa
3 Dot Nöqtə Mohammad Zare İran
4 Footsteps on the Wind Küləkdə ayaq səsləri Maya Sanbar, Gustavo Leal, Faga Melo Braziliya
5 Color-less Rəngsiz Estefania Piñeres Kolumbiya
6 Garrano Garrano Vasco Sá, David Doutel Portuqaliya
7 The Sausage Run Kolbasa qaçışı Thomas Stellmach Almaniya
8 Once There was a Sea... Burada bir vaxtlar dəniz olub... Joanna Kozuch Slovakiya
9 A Story for 2 Trumpets 2 trubka üçün hekayə Amandine Meyer Fransa
10 The Shaman’s Apprentice Şamanın şagirdi Zacharias Kunuk Kanada
11 Of Wood Ağacdan Owen Klatte ABŞ
12 Slipping Away Əldən çıxma Gabriel Hénot Lefèvre Fransa
13 Sierra Sierra Sander Joon Estoniya
14 Where the Winds Die Küləklərin öldüyü yer Pejman Alipour İran
15 The Sprayer Kimyəvi silah çiləyiciləri Farnoosh Abedi İran
16 Noir-Soleil Noir-Soleil Marie Larrivé Fransa
17 Guard of Honour Fəxri qarovul Edmunds Jansons Latviya
18 Spoon Qaşıq Arthur Chays Fransa
Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi
1 Yusif Yusif Nəsibə İbrahimova Azərbaycan
2 Dark Clouds Qara buludlar Ruslan İbrahimli Azərbaycan
3 The Overthinker Çox düşünən Aydan Həsənova Azərbaycan, Kanada
4 Servinaz's Book Sərvinazın kitabı İbrahim Baxşıyev Azərbaycan
5 Summer Yay Leyla Novruzova Azərbaycan
6 Mr. Nose Groundhog Day Cənab Burunun bitməyən günü Ülkər Cəbrayılova Azərbaycan
7 Party of Toys Qonaqlıq İlham Həsənov Azərbaycan
8 Hungry Wolf Ac canavar Seyla Əliyeva Azərbaycan
9 Real Ending Əsl son Şahid İsmayılov Azərbaycan
10 Milky Way Samanyolu Firəngiz Qurbanova Azərbaycan
11 White Fear Ağ qorxu Ülviyyə Məmmədova Azərbaycan
12 Dolls Kuklalar Sevinc Quliyeva Azərbaycan
13 Sea Creatures Dəniz varlıqları QURAMA uşaq animasiya studiyası Azərbaycan
14 One Drop Bir Damla Kövsər Qurban Azərbaycan
15 The Man From Oghuz: By The Fire Oğuz Elinin Oğlu: Atəş Başında Murad Əliyev Azərbaycan, ABŞ, Avstraliya
16 The Date Tarix Ceyhun Türksoy Azərbaycan
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi
1 Hush Hush Little Bear Lay-lay ayıcığaz Māra Liniņa Latviya
2 Luce and the Rock Lüsi və qaya parçası Britt Raes Belçika
3 Midas Midas Mav Vitale, Ben Meyer, Lisa Qingyi Liu ABŞ
4 Mouse House Siçanın evi Timon Leder Sloveniya
5 Kiko and the Animals Kiko və heyvanlar Yawen Zheng Fransa
6 Franzy’s Soup-Kitchen Franzy-nin şorba mətbəxi Ana Chubinidze Gürcüstan, Fransa
Ən yaxşı televiziya animasiya seriyalı
1 Giggle Wiggle - Hot Summer Day Giggle Wiggle - İsti yay günü Marzena Nehrebecka Polşa
2 My Little Boys - Apollo’s Belt Mənim kiçik oğlanlarım – Apollonun kəməri Jack Shih Tayvan
3 Grizzy and the Lemmings World Tour - The Legend of the Lemmings Grizzy və lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə Cédric Lachenaud Fransa
4 Mister Paper Cənab Kağız Steven De Beul, Ben Tesseur Belçika
Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi
1 What I See n the Mirror Mən güzgüdə nə görürəm Haplo Zeiger Birləşmiş Krallıq
2 Incomplete Natamam Dalena Tran ABŞ
3 Us Bizi Nelson Fernandes Portuqaliya
4 Shakespeare for all Ages Şekspir hər zamanlar üçün Hannes Rall Almaniya
5 Macrocosm Makrokosmos Clayton High ABŞ
6 Things I Like Xoşladığım şeylər Angaelica LaPasta ABŞ
7 Sacred Clockworks Müqəddəs saat mexanizmləri Moritz Schuchmann Almaniya
8 In the Big Yard Inside the Teeny-Weeny Pocket Böyük həyətdə balaca cibin içində Yoko Yuki Yaponiya
9 Among the People Adam arasında Jody Cleaver Avstraliya
10 Nomino Sukune Nomino Sukune Ryotaro Miyajima Yaponiya
11 Estuary Estuar Warren Bass ABŞ
12 Jam It Qarma-qarışıq… John Dawson ABŞ
Ən yaxşı musiqili animasiya videosu
1 Feels Hissiyyat Stas Bashkatov Latviya
2 Guma Guma Hao Zheng Çin
3 Power Paladın - Creatures of the Night Power Paladın - Gecə məxluqları Lauren Ambry, Ella McShortall, Olivia Tang Avstraliya
4 Tomahawk - Predators and Scavengers Tomahavk - yırtıcılar və leşyeyənlər Diego Cumplido ABŞ
5 Umbrella Ocean Çətir okean Mabel Ryu ABŞ
6 Transparent Black and Iron Rich Red Şəffaf qara və dəmirlə zəngin qırmızı Mario Kreill Cirillo, Isabel Emily Wiegand İtaliya
7 Cold Heart Soyuq ürək Raman Djafari Almaniya
8 Warm Hands İsti əllər Tsuneo Goda Yaponiya
9 Zero Trust - Clouds Zero Trust - Buludlar Jeremiah Dickey ABŞ
Ən yaxşı qısametrajlı tələbə animasiya filmi
1 Saint Android Müqəddəs Android Lukas von Berg Almaniya
2 Homebird Ev quşu Ewa Smyk Birləşmiş Krallıq
3 A dog under Bridge Körpünün altında bir it Tang Rehoo Çin
4 Stay Qal Yu Sun Birləşmiş Krallıq
5 The Prejudiced Hierarchist Qərəzli iyerarx Conform Cox Niderland
6 Not for Me Mənim üçün deyil Ivan Bondarenko Rusiya
7 Mindfulness Fərqində olma Hong Kong Honq Konq
8 Eyes and Horns Gözlər və buynuzlar Chaerin Im Koreya
9 Goodbye Jérôme! Əlvida Jerom! Gabrielle Selnet, Adam Sillard, Chloé Farr Fransa
10 Love, Dad Səni sevən ata Diana Cam Van Nguyen Çex Respublikası
11 Oh, Whose is the Rye Oy, çovdarlıq kimindir Jаnna Shveigolz Rusiya