Sentyabrın 7-dən 11-dək Nizami Kino Mərkəzində V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi.
5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr, 2022-ci il tarixində Nizami Kino Mərkəzində keçiriləcək. Bu dəfə daha möhtəşəm proqram ilə qarşınızdayıq! Biletlər artıq satışda!
5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.
Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər 5-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq.
Festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunur. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.
Foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri qatılıblar.
Azərbaycandan bu festivalda ANİMAFİLM beynəlxalq animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi və rejissoru Elçin Hami Axundov iştirak edib. Rəşid Ağamalıyev həm də festivalın münsiflər heyətinin üzvü olub.
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yerli animasiya filmlərinin qəbulunu elan edir. Festival 2022-ci ildə keçiriləcək və tamaşaçılara yüzlərlə yerli və xarici animasiya filmlərini təqdim edəcək.
2022-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə ənənəvi mükafat təqdim edir.
Əziz dostlar! Biz qayıdırıq! Bu il 7-11 sentyabr günlərində sayca 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək, toxunacağımız mövzu isə “İQLİM DƏYİŞİKLİYİ” olacaq! Biz inanırıq ki, animasiya filmləri insanları birləşdirə və cəmiyyətimizdə mühüm dəyişikliklər edə bilər. Elə bu səbəbdən qərar vermişik ki, bilet satışından əldə olunan bütün vəsait ağac əkilməsinə xərclənəcək. Tezliklə detalları sizinlə paylaşacağıq.
Sehrli animasiya dünyasından xəbərdar olmaq üçün abunə olun!
Sehrli animasiya dünyasından xəbərdar olmaq üçün abunə olun!