Azərbaycan animasiyasının inkişafına töhfə vermək məqsədilə 18-20 oktyabr 2019-cu il tarixində Bakıda İkinci
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi.
Festival görkəmli rejissor, ssenari müəllifi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan
Kinematoqrafçılar İttifaqı (AKİ) (əsas tərəfdaş və baş sponsor), Çexiya Respublikasının və Fransanın Azərbaycandakı
səfirliklərinin, “Çinar Yayımları” nəşriyyatının, Azərbaycandakı Fransız İnstitutunun və Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.
İkinci ANİMAFİLM-in mövzusu Çex animasiyası idi. Festivalda müsabiqədənkənar proqramda Çexiya filmlərinə baxış
təşkil olunub, festivalın plakatını da çexiyalı animator Filip Poşivaç hazırlayıb.
Festivalın ilk günü Azərbaycanın animasiyasının 50 illiyinə həsr olunmuş konfrans keçirilib, uşaqlar və
böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib.
Növbəti iki gündə əvvəlki ildəki kimi müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları təşkil
olunub. Vorkşopları fransız və yunanıstan animatorları aparıb. Festivalın gedişində münsiflərin proqramlarının,
yunan və çexiya animasiyalarının təqdimatları, müsabiqə proqramları və s. tədbirlərin keçirilib. Bu festival
Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan 1-ci ANİMAFİLM Beynəlxalq
Animasiya Festivalının (2018) davamı idi.
Builki festivalda yenilik edilərək uşaqlardan ibarət münsiflər heyəti yaradılmışdı. Uşaq münsiflər heyətinə
üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru və əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata
keçirib. Festivalın şərtlərinə görə “Uşaqlar üçün ən yaxşı animasiya filmi” müsabiqəsinin qalibini həmin 5
nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edib.
ANİMAFİLM-2019-un şüarı "Ənənə və inkişafa yeni baxış" idi. Builki festivalda müraciətlər ən böyük beynəlxalq
festivallar platforması olan FilmFreeway, vasitəsilə aparılıb.
Festivalın müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olmuşdu. Seçim komissiyası onların
arasından 24 ölkədən 54 film və ssenari seçib. Müsabiqələrin qalibləri festivalın sonuncu günü – oktyabrın 20-də bəlli oldu:
Ən yaxşı qısametrajlı animasiya filmi
“Qız” (Daughter), Çex Respublikası, rejissor: Daria Kashcheeva
Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi
“Papito” (Papito), ABŞ, rejissorlar: Sarika Persaud, Kenneth Rosen
Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari
“Nəfəs” (Blowing), İran İslam Respublikası, müəlliflər: Məhəmməd Zare, Rəna Vəzi
Tamaşaçı rəğbət mükafatı
“Anam ağaca çıxıb” (1986) (Mother on a Tree (1986)), Azərbaycan, rejissor Firəngiz Qurbanova
Builki festival müsabiqəsinə cəmi bir (!) Azərbaycan filmi təqdim olunduğundan, “Ən yaxşı qısametrajlı Azərbaycan
animasiya filmi” kateqoriyası üzrə nominasiya bu il baş tutmayıb.
Beynəlxalq münsiflər heyətinə 1-ci ANİMAFİLM-in
“Qızıl qayıq” mükafatı laureatı Məsud Pənahi rəhbərlik edirdi.
ANİMAFİLM festivalının təşkilat komitəsi bu il Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıq qayıq”
mükafatına eyni zamanda iki korifeyimizi – Firəngiz Qurbanova və Elçin Hami Axundovu mükafatlandırdı.
Festivalın sonunda iştirakçılar ölkə prezidenti İlham Əliyevin adına milli animasiyanın acınacaqlı durumu, onun
diqqət və qayğıya ehtiyacı olduğu barədə açıq məktub imzaladılar. Məktubu
burda imzalamaq olar.
Builki festivalın azərbaycan və ingilis dillərində müsabiqə iştirakçıları, təqdim olunan filmlər və ssenarilər
haqqında annotasiyalar olan rəngli kataloqu
da işıq üzü görüb: