Pandemiyadan öncə getdiyiniz festivallar, kinoteatrda baxdığınız filmlər üçün darıxmısınız? Elə isə sizə şad xəbərimiz var!
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək! Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.
Proqrama nələr daxildir?
ANİMAFİLM Festivalı boyunca siz həyəcanlı bir müsabiqəyə şahidlik edəcəksiniz. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar.
Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir: Fransa, Polşa, Özbəkistan filmləri, animasiya vorkşopları və daha nələr-nələr!