Facebook Instagram VK YouTube YouTube
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı (2021) xəbər verir ki FilmFreeway, vasitəsilə müraciətlərinzi təqdim edə bilərsiniz:
MÜRACİƏTLƏR ÜÇÜN ƏN SON TARİX: 15.07.2021

MÜRACİƏTLƏR BU KATEQORIYALAR ÜZRƏ QƏBUL OLUNUR:

Milli kateqoriyalar (müraciət pulsuzdur):

  1. Uşaqlar üçün nəzərdə tutulmuş qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi (6000 işarədən artıq olmamalıdır)
  2. Böyüklər üçün nəzərdə tutulmuş qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi (6000 işarədən artıq olmamalıdır)
  3. Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)
  4. Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi (15 dəqiqəyə qədər)

Beynəlxalq kateqoriyalar (müraciət pulludur):

  1. Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər) - GRAND PRIX
  2. Ən yaxşı tammetrajlı animasiya filmi (60 dəqiqədən çox olmalıdır) - GRAND PRIX
  3. Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari (6000 işarədən artıq olmamalıdır) - GRAND PRIX
  4. Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)
  5. Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi (5 dəqiqəyə qədər)
  6. Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi (5 dəqiqəyə qədər)
  7. Ən yaxşı qısametrajlı tələbə animasiya filmi (15 dəqiqəyə qədər)
  8. Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı (12 dəqiqəyə qədər)
  9. Ən yaxşı musiqili animasiya videosu (5 dəqiqəyə qədər)

QƏBUL ŞƏRTLƏRİ:

  • Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:
    - Filmlər 1 yanvar 2019-cu il tarixindən sonra çəkilməlidir;
    - Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;
    - Bir film yalnız bir kateqoriyada iştirak edə bilər;
    - Müsabiqə filmlərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Animasiya filmini təqdim edən iştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.
  • Ssenari aşağıdakı şərtlərə uyğun gəlməlidir:
    - Ssenari 1 yanvar 2019-cu il tarixindən sonra yazılmalıdır.
    - Ssenari məxsusi olaraq qısametrajlı animasiya filmi üçün yazılmalıdır.
    - Ssenarinin mətni probeldaxil 6000 işarədən artıq olmamalıdır.
    - Ssenari ingilis və ya azərbaycan dillərində olmalıdır.
    - Müsabiqə ssenarilərinin müəllif hüquqları beynəlxalq hüquqla tənzimlənir. Ssenarini təqdim edən iştirakçı (ssenari müəllifi, prodüser və ya digər səlahiyyətli şəxs) ssenari üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan edir.

Platformada qeydiyyat üçün əvvəlcə lütfən bu təlimatla tanış olun.

Qeyd: Müraciət etməzdən öncə, zəhmət olmasa festivalın reqlamentini diqqətlə oxuyun.