Möhtərəm cənab Prezident!
Biz Azərbaycanın dövlət və özəl studiyalarında animasiya kinosu sahəsində çalışırıq, uşaqlar və böyüklər
üçün multfilmlər çəkirik. Biz animasiya haqqında kitablar yazır, dissertasiyalar müdafiə edir, sənədli filmlər
çəkir və Bakıda ANİMAFİLM beynəlxalq animasiya festivalları keçiririk.
Biz – uşaqlar milli cizgi filmlərinə baxmağı sevirik.
Möhtərəm cənab Prezident!
Ötən əsrin 30-cu illərində meydana gəlmiş Azərbaycan animasiyasının çox zəngin tarixi var. 70-80-90-cı
illərin milli multfilmlərinə hələ də yeni nəsillər maraqla tamaşa edir. Bizim animasiya dəfələrlə dünya ölkələri
üzrə beynəlxalq festivallarda təmsil olunub.