Facebook Instagram VK YouTube YouTube

Builki ANİMAFİLM-in qaliblərini möhtəşəm mükafatlar gözləyir!

17.06.2020

ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (İFA) tərəfdaşlığı və Annecy Animasiya Filmləri Beynəlxalq Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə yeni mükafat təsis edib. Builki ANİMAFİLM festivalının qalibi 2021-ci ildə Fransada keçiriləcək Annecy Beynəlxalq Animasiya Film Festivalında iştirak edəcək və MİFA adlı peşəkar akkreditasiya alacaqdır. Qalibin bütün səyahət və yaşayış xərcləri İFA tərəfindən ödəniləcək.

ANİMAFİLM festivalı "Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi" kateqoriyası üzrə qalibə də yeni mükafat təqdim etmək üçün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edir. Ssenari qalibinin mükafatı qiymətli fotokamera olacaq. Ssenari aşağıdakı mövzulardan biri ilə əlaqələndirilməlidir: müxtəliflik, tolerantlıq, multikulturalizm, insan haqları, qadın haqları və iqlim dəyişikliyi.

MÜRACİƏT ETMƏK ÜÇÜN SON TARİX: 30.06.2020

Xatırladaq ki, III ANİMAFİLM festivalı Oktyabrın 14-dən 18-dək Bakı və Şəki şəhərlərində keçiriləcək. Builki festivalın mövzusu Fransız animasiyasına həsr olunmuşdur. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, “Nizami” Kino Mərkəzi, “Mücrü” nəşriyyatı, Barat Abdullayev və digər tərəfdaş və sponsoraların dəstəyi ilə keçiriləcək.