Facebook Instagram VK YouTube YouTube

“Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub

17.11.2021

13 noyabr 2021-ci il tarixində Gürcüstanda keçirilən Birinci Beynəlxalq Animasiya Konfransında “Animated Film Project Pitching” vörkşopunun qalibləri elan olunub.

Azərbaycanlı iştirakçılar Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vorkşopun qalibi olmuşdur və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb.

8-12 noyabr 2021-ci il tarixlərində Tbilisidə keçirilən 5 günlük vörkşopda 9 gürcü və 1 azərbaycanlı animasiya layihəsi iştirak edib. Vörkşop çərçivəsində müəlliflər məşhur Fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət qazanmışlar.

ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopuna qoşulmuşdur.